Rusiya bankları 2021-ci ilin yanvar-avqust aylarında 1,7 trilyon rubl xalis mənfəət əldə ediblət. İlin sonuna qədər bu rəqəm 2,5 trilyon rubla çata bilər.
Eləcə də bax: Rusiya bankı Azərbaycan sahibkarlarına - KREDİT VERMƏK İSTƏYİR
"Səkkiz ayın nəticələrinə görə, bank sektorunun xalis mənfəəti 1,7 trilyon rubl təşkil edib, cari artım tempini qoruyur, illik mənfəət rekord olaraq 2,5 trilyon rubla çata bilər", - , Rusiya Mərkəzi Bankından bildirilib.
FED.az xəbər verir ki, bankların avqust ayında xalis mənfəəti 244 milyard rubl təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə (229 milyard rubl) 7% çoxdur.
Mənfəət əldə edən bankların sayı bir ay ərzində 249-dan 259-a yüksəlib.
Rusiya Federasiyasının bank sektorunun 2020-ci ilin yanvar-avqust aylarında xalis mənfəəti 933 milyard rubl təşkil etmişdi.
Daha əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, ehtiyatlara aşağı xərclər (ayırmalar) səbəbindən 2021-ci ildə sektorun xalis mənfəətinin rekord səviyyədə olacağını bildirmişdi. Nabiullina qeyd etmişdi ki, banklar rekord mənfəətin bir hissəsini yenilik etmək üçün istifadə edə bilərlər. (Marja)