Rusiya İxrac Mərkəzinin (RİM) maliyyə institutları Azərbaycanın ən iri bankları ilə əməkdaşlığı genişləndirəcəklər.
Eləcə də bax: Azərbaycan banklarının Rusiya Mərkəzi Bankının sisteminə qoşulmalsı - TƏKLİF EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu “Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbov Azərbaycanın ən iri maliyyə institutları (ABB, “PAŞA Bank” və “Xalq Bank”) ilə danışıqların yekunları üzrə bildirib.
“Hazırda biz Rusiya şirkətlərinin istehsal olunan məhsulların Azərbaycana tədarükü üçün maliyyələşmənin təşkilinə marağının artdığını müşahidə edirik. Xüsusən söhbət dəmir yolu maşınqayırması, avtomobil sahəsi, metallurgiyadan gedir. Buna görə də biz 2022-ci ildə Rusiya və Azərbaycan bankları arasında daha çox birgə sövdələşmələr gözləyirik”, - deyə A.Talıbov qeyd edib.