Rusiyanın ən böyük və innovativ banklarından olan Sber bank ilk dəfə olaraq kredit verilişi üçün Bitcoin və Ethereum-u girov qəbul etməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Sberbank-ın sədr müavini Anatoli Popov Şərq İqtisadi Forumu (ŞİF) ərəfəsində açıqlayıb.
O bildirib kİ, Sberbank kredit verəndə girov kimi yalnız Bitcoin-i deyil, həm də Ethereum və stabilkoin Tether-i girov kimi qəbul etməyi planlaşdırır.
O qeyd etdi ki, Sber kriptovalyuta ilə işləməkdə praktik təcrübəyə malikdir.
"Qanun tam qüvvəyə mindikdən sonra biz Sber-in mövcud məhsullarını yeni tələblərə uyğunlaşdıracaq və onların çeşidini tədricən genişləndirməyə başlayacağıq. Məsələn, rəqəmsal aktivlərlə təmin edilmiş kreditləşməni inkişaf etdirməyə davam edəcəyik", - deyə o bildirib.
Popov əlavə edib ki, Sber yeni tənzimləmənin bütün müddəaları qüvvəyə mindikdən dərhal sonra siyahını genişləndirə biləcək.












