2021-ci ildə Rusiyanın VTB Bankı Azərbaycanın Dövlət Neft Fonduna (ARDNF) 481,3 milyon rubl və yaxud 6,5 milyon ABŞ dolları dividend ödəyib.
Eləcə də bax: Neft Fondu Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit - YERLƏŞDİRİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə 81 % çoxdur. Həmin il ARDNF VTB-dən 265,9 milyon rubl və yaxud 3,4 milyon ABŞ dolları dividend alıb.