Rusiyanın Ukraynaya hücumu və bununla bağlı Qərbin tətbiq etdiyi sanksiyalar fonunda rus rublunun məzənnəsi dollar qarşısında yenidən kəskin aşağı düşüb.
Rusiyanın reytinqi «zibil»dən də aşağı salındı – «BORCLARINI ÖDƏMƏYƏCƏK» - DETALLAR
FED.az xəbər verir ki, Forex bazarında dollar və avro rubl qarşısında tarixi maksimumlara yüksəlib. Dollar 140 rubl, avro isə 146 rubla çatır. «Bloomberg»in məlumatlarına görə, təkcə bu gün dollar rubl qarşısında 27%, avro isə 20%-dən çox bahalaşıb.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankının qərarı ilə bazar ertəsi günü, yəni bu gün, martın 7-də Rusiya birjalarında əməliyyat aparılmayıb.