Çərşənbə günü Moskva birjasında valyuta ticarətinin əvvəlində rubl dollar və avro qarşısında möhkəmlənib.
Eləcə də bax: Ukraynanın Xerson vilayətində - Rusiya Rublu İşləyəcək
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11:10-a olan məlumata görə, dolların məzənnəsi 2,45% azalaraq 69,22 rubla, avronun məzənnəsi 72,83 rubla (-2,56%) düşüb.
Moskva birjasında hərracların əvvəlində dolların məzənnəsi 2020-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 69 rubldan aşağı düşərək 68,62 rublu (-3,3%) görüb. Avronun məzənnəsi 3,68% dəyər itirərək 2020-ci ilin fevral ayından bəri ilk dəfə 72 rubla düşüb.
Rusiya fond bazarı çərşənbə günü əsas sessiyanın əvvəlində aparıcı indekslərin artımını nümayiş etdirir. Belə ki, Moskva birjasının indeksi 0,79% artaraq 2 464,6 bəndədək, RTS indeksi 3,82% artaraq 1 122,85 bəndədək yüksəlib.
RTS indeksi sonuncu dəfə 8 aprel 2022-ci ildə 1100 baldan yuxarı olub. (Marja)