Rusiyada son üç gündə dollar və avro qarşısında geriləyən rubl bu gün axşam saatlarında mövqeyini möhkəmləndirməyə başlayb.
FED.az Rusiya mediasına istinadən xəbər verir ki, bu saatlarda Rusiyada 1 dollar 69,61 rubla ticarət edilir. Dünən və bu gün səhər saatlarında isə bu göstərici 70 rubl və daha yuxarı olub.
Rusiya milli valyutasına nisbətdə avro da ucuzlaşmağa başlayıb. Avropa valyutası 1,05 rubl geriləyərək 80,65 rubla düşüb.
Rubl xarici valyutalara qarşı möhkəmlənir
23:21
11 Sen 2018