Moskva birjasında ABŞ dollarının Rusiya rubluna qarşı məzənnəsi 90 rubldan aşağı düşüb.
Eləcə də bax: Rubl manat qarşısında - 4% BAHALAŞDI
FED.az xəbər verir ki, dünən Ukraynada gedən müharibə və Qərbin sanksiyaları fonunda 119 rublu keçən dolların məzənnəsi bu gün 90 rubldan aşağı düşüb.
Avronun məzənnəsi də Rusiya milli valyutasına nisbətdə geriləyib. Belə ki, dünən 122 rublu ötən avro bu gün 100 rubldan aşağı düşüb.
Qeyd edək ki, fevralın 27-də Ukraynada müharibə fonunda Qərbin Rusiya Mərkəzi Bankının Avropa İttifaqı, ABŞ və Kanadadakı aktivlərini dondurması ilə bağlı qərarından sonra Rusiya milli valyutası 30%-dən çox dəyər itirib.(Apa)