Moskva birjasında valyuta hərracları zamanı rubl dollar və avro qarşısında möhkəmlənir.
FED.az xəbər verir ki, dollar 3,62% dəyər itirərək 56,7 rubla düşüb.
Avro isə 4,69% ucuzlaşaraq 54,91 rubl olub.
Cümə günü ticarət zamanı avro iyulun 1-dən bəri ilk dəfə 55 rubldan, dollar iyulun 22-dən bəri ilk dəfə 57 rubldan aşağı düşüb. (Marja)