Cümə axşamı Moskva birjasında valyuta ticarətində Rusiya Rublu ABŞ valyutası və Avropanın ortaq pul vahidi qarşısında möhkəmlənməkdə davam edir.
Eləcə də bax: Putin rublun möhkəmlənməsinə kömək edən amillərdən - DANIŞIB
FED.az xəbər verir ki, Moskva birjasının valyuta ticarətində dollar və avronun məzənnələrinin enişi sürətlənib.
Dolların məzənnəsi 1,78% düşüərk 58,34 rubla, avronun məzənnəsi isə 2,52% düşərək 61,99 rubla geriləyib.
Dolların məzənnəsi mayın 25-dən bəri ilk dəfə 59 rubldan, avronun məzənnəsi isə 31 maydan bu yana ilk dəfə 62 rubldan aşağı olub. (Marja)