Moskva birjasının valyuta hərraclarında dolların məzənnəsi 2018-ci ilin fevralından bəri ilk dəfə 56 rubldan, avronun məzənnəsi 2015-ci ilin iyun ayından bəri ilk dəfə olaraq 58 rubldan aşağı düşüb.
Eləcə də bax: Azərbaycanda Rusiya rublunun məzənnəsi 4 illik fasilədən sonra - 3 QƏPİYİ KEÇİB
FED.az xəbər verir ki, Dollar 55,90 rublu görüb.
Kremilin mətbuat katibi Dmitri Peskov deyib ki, rublun dollara nisbətdə möhkəmlənməsi prosesi Prezident Putinlə görüşlərdə daim müzakirə olunur.
Peskov bildirib ki, Rusiya hökuməti rublun möhkəmlənməsinə nəzarət edir, makroiqtisadi sabitlik təmin edilir. (Marja)