Kriptoqrafik dəyərlər getdikcə bir çox ölkənin diqqətini çəkməyə başlayır.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mərkəzi Bankı pilot layihəsi çərçivəsində pul köçürmələri üçün “xCurrent”-i sınaqdan keçirmək qərarını verib. Sınaq seriyasının məqsədi bir çox turistə və ölkədə qısa və ya uzun müddətli sakinlər olan investorlara ən sürətli şəkildə ölkələrinə pul köçürmə imkanı yaratmaqdır. Gələcəkdə daşınmaz əmlak mübadiləsində də bunun sınaqdan keçirilməsi mümkündür.
Səudiyyə Ərəbistanı Maliyyə Təşkilatı (SAMA) krallığın mərkəzi bankı kimi tanınır. Ripple ötən çərşənbə SAMA ilə müqavilə imzaladığını açıqlayıb. Bu, kriptovalyuta dünyası üçün böyük addımdır. Hər ay öz ölkələrinə və ailələrinə maaşlarını göndərən bir çox investor üçün, Səudiyyə Ərəbistanı alternativ ödəniş sistemləri konsepsiyasında maraqlı bir beynəlxalq bazardır. Hər keçən gün daha çox investorı cəlb edən Səudiyyə Ərəbistanının klassik pul köçürmə üsullarından uzaqlaşması qaçılmazdır. Mərkəzi bankın əsas hədəfi beynəlxalq əməliyyatların mümkün qədər tez, daha ucuz və şəffaf olmasını təmin etməkdir. Yenilənən texnologiya ilə ayaqlaşmağın yolunu tapan “Ripple Labs” şirkəti banklar arasında əməliyyatları koordinasiya etməyə, şifrələndirməyə və rəqəmli formada imzaların yoxlanmasına hazırdır.
Səudiyyə Ərəbistanının kraliyyət ailəsi ilk növbədə Ripple-ın istifadəsinə yönəlir. XRP hazırda ikinci plandadır. Onlayn maliyyə sistemi mərkəzsiz tərəfdaş firmalar, şəxslər, təşkilatlar arasında maliyyə əməliyyatlarında istifadəyə hazırdır. Bundan əlavə, avro, dollar və digər müxtəlif qiymətli valyutalar üçün bazar təmin etmək məqsədilə nəzərdə tutulmuş bu layihə, əsasən, bankların etibarlılığının səviyyəsini artırmaq və onları rəqəmsal səviyyəyə aparmaq məqsədi daşıyır.
Ripple-ın bütün hesablarının mərkəzdən idarə olunan rəqəmsal qeydi mövcuddur. “xCurrent” banklar arasında birbaşa əlaqə yaradır. Əvvəlki kimi banklar arasında, xüsusilə də beynəlxalq pul köçürmələrindəki gecikmələrin tarixə qovuşacağı görünür.