Kanada Bankı (BoC) mərkəzi bank tərəfindən dəstəklənən rəqəmsal valyutanın (CBDC) həyat qabiliyyətini sınamağın yeni mərhələsinə keçib, yeni məsləhətləşmələrə başlayıb.
Azərbaycanda rəqəmsal pul köçürmələrinə - MANE OLAN AMİLLƏR - AÇIQLANIB
FED.az xəbər verir ki, açıqlamada, hazırda rəqəmsal Kanada dollarına ehtiyac olmadığı bildirilib. Rəqəmsal dolların buraxılması ilə bağlı qərarı parlament və hökumətin verəcəyi bildirilir. Nağd pulun heç yerə getmədiyini vurğulayan bank rəqəmsal dollar dövriyyəyə buraxılsa belə, əskinasların buraxılışının davam edəcəyini qeyd edib. Kanadada isə müxalifət CBDC-yə qarşı çıxır.
Bundan əlavə, bankın verdiyi açıqlamada dünyanın getdikcə daha çox rəqəmsallaşdığı qeyd olunub. Açıqlamada milli valyutanın rəqəmsal versiyasının araşdırıldığı bildirilib. Bildirilib ki, rəqəmsal Kanada dolları insanların etibarlı və sabit rəqəmsal ödəniş seçiminə malik olmasını təmin edəcək. Məsləhətləşmə iyunun 19-dək davam edəcək.
Mərkəzi banklar rəqəmsal ödənişləri özəl sektorun öhdəsinə buraxmamaq üçün CBDC işlərini sürətləndiriblər. Hazırda Çin CBDC sahəsində liderliyini davam etdirir. (Trend)