“11 ölkə tərəfindən dəstəklənən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) bizim bir çox tərəfdaşlarımız, o cümlədən Asiya İnkişaf Bankı tərəfindən dəstəklənir”.
Eləcə də bax: Samir Şərifovdan iqtisadi inkişafla bağlı problemlərə münasibət
FED.az xəbər verir ki, bunu Azərbaycan Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısısı çərçivəsində CAREC proqramının “COVID-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclasında çıxış edərkən deyib.
S.Şərifovun sözlərinə görə, ticarətin təşviqi üçün yeni yollar tapılmalıdır:
“Asiya İnkişaf Bankı CAREC çətiri altında həyata keçirilən layihələri dəstəkləmək üçün əhəmiyyətli resurslarını səfərbər edib. Azərbaycan olaraq ümid edirik ki, bu çətin vəziyyətdə regionda ticarətin təşviqi üçün yeni yollar tapacağıq”.
ADB-nin 2001 -ci ildə təsis etdiyi CAREC Proqramı özündə 11 ölkəni (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir. Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır. (Report)