Azərbaycanda özəl sektorun ÜDM-ə nisbətdə borclanma səviyyəsi 26 faizə yaxındır ki, bu Gürcüstan, Ermənistan və Özbəkistanın müvafiq göstəricilərindən aşağıdır və Qazaxıstan və Qırğızıstanın səviyyəsinə uyğundur. Bundan başqa regionda valyutada kreditləşmə payı ən aşağı olan ölkə məhz Azərbaycandır. 2025-ci ilin sonuna olan göstəriciyə əsasən bu təqribən 16 faiz civarındadır.
"Fitch": Azərbaycan yüksək maliyyə çevikliyinə malikdir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bildirir.
Məlumatlara görə, Azərbaycanda kreditləşmənin artım tempinin 2026-cı ildə 10–12 faizə qədər yavaşlayacağı gözlənilir ki, bu da 2025-ci ilin səviyyəsinə uyğun olacaq.
Müqayisə üçün qeyd edək ki, əvvəlki dörd il üzrə orta illik artım təxminən 18 faiz təşkil edib.
Agentliyin proqnozlarına əsasən, iqtisadiyyatın neft və qaz hasilatında durğunluq fonunda zəifləməsi gözləntilərinə baxmayaraq, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq 3-cü mərhələ kreditlərinin payı ümumilikdə 4,5–5 faiz səviyyəsində sabit qalacaq”, – məlumatda bildirilir.
Qeyd olunur ki, 2026-cı ildə milli standartlar üzrə kredit riski dəyərinin 1,1–1,4 faiz intervalında olacağı proqnozlaşdırılır.
“S&P” bildirir ki, milli standartlara uyğun ehtiyatların formalaşdırılması tələbləri BMHS ilə müqayisədə daha sərtdir və bankların BMHS 9-a keçidindən sonra Azərbaycan bankları tərəfindən ehtiyatların həcminin əhəmiyyətli dərəcədə azalacağı gözlənilmir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar ayında Azərbaycanda 9 milyard 78,7 milyon manat məbləğində ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 1,7 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 2,3 faiz artıb.
ÜDM-in istehsal strukturunda 33,9 faiz sənayenin, 11,7 faiz ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin, 7,8 faiz nəqliyyat və anbar təsərrüfatının, 3,6 faiz tikintinin, 3,3 faiz kənd, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,2 faiz informasiya və rabitə sahəsinin, 23,4 faiz digər sahələrin payına düşüb. Məhsul və idxal üzrə xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.
Adambaşına düşən ÜDM 884,5 manat olub. (Trend)










