"Rabitabank" ASC Bakı filiallarına və Mikro və riteyl kreditlər departamenti İpoteka kreditləri üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
· Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
· Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
· Müştərinin maliyyə analizini həyata keçirmək;
· Kredit portfelinin keyfiyyətinə nəzarət etmək.
Namizədə olan tələblər:
- Ali təhsil (maliyyə sahəsində olması arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi (Vəzifədən asılı olaraq)
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (xarici dil bilən şəxslərə üstünlük verilir);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək kommunikasıya, komandada işləmək və problemləri həll etmək bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İpoteka kreditləri üzrə kredit mütəxəssisi qeyd etməyiniz xahiş olunur.
Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.