Bu günə qədər "YAŞAT" Fondunun hesabına 75 846 318.85 AZN vəsait daxil olub.
Şəhid ailələri və qazilərin təhsilinə 1 milyon manatdan çox vəsait - XƏRCLƏNİB
FED.az xəbər verir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.
Fond rəhbəri bildirib ki, həmin vəsaitdən Fondun istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib, qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edib.
O bildirib ki, “YAŞAT” Fondu tərəfindən 184 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib. Elvin Hüseynovun sözlərinə görə, Türkiyəyə göndərilən şəxslərdən 177-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür: "Müalicə alanlardan 160-ı artıq ölkəyə geri qayıdıb. Hazırda 23 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir".
Qeyd olunub ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən 22 449 998.04 AZN vəsait xərclənib. (Apa)