Yarandığı vaxtdan bu günədək "YAŞAT" Fondunun büdcəsindən 93 milyon 622394 manat vəsait xərclənib.
FED.az xəbər verir ki, bu sözləri "YAŞAT" Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, bu günədək 18566 şəxsin 93897 müraciəti təmin edilib:
"Məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 42 milyon 246250 manat xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvləri, itkin ailə üzvləri və yaralıların ümumilikdə 12 606 müraciəti təmin edilib".
Qeyd edək ki, "YAŞAT" Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. (Report)










