"YAŞAT" Fondu yeni layihələrini Azərbaycan banklarına təqdim edib, kredit təşkilatları ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
"YAŞAT” Fonduna toplanan məbləğin hara xərcləndiyi açıqlandı
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı banklarla keçirilmiş görüşdə qurumun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov şəhid ailə üzvlərinə və müharibə əlillərinə dəstək istiqamətində həyata keçirilən işlər, sosial layihələr və təşəbbüslər barədə məlumat verib, müvafiq çərçivədə nəzərdə tutulan məsələlər və prioritet hədəfləri diqqətə çatdırıb.
Görüş iştirakçıları arasında qeyd olunan məqamlar üzrə əməkdaşlıq perspektivləri, Fondun fəaliyyəti üzrə icra olunacaq layihələrə mümkün dəstək tədbirləri müzakirə edilib.
"YAŞAT" Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.