"Western Union" xidməti aprel ayından etibarən Rusiya daxilində pul köçürmələrini dayandıracaq.
Eləcə də bax: Rubl “Big Mac” indeksi üzrə ən az qiymətləndirilən - VALYUTA OLUB
FED.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı şirkətin tərəfdaş banklara göndərdiyi məktuba istinadən yazır.
Məlumatın həqiqiliyi ödəniş bazarındakı mənbə tərəfindən təsdiqlənib. Eyni zamanda, "Western Union"ın nümayəndəsi də bu məlumatı təsdiqləyib.
Məktubda bildirilir ki, bu qərar bazarda daxili transfertlərə tələbatın az olması səbəbindən verilib. Eyni zamanda, transsərhəd köçürmələr xidmət tərəfindən adi rejimdə həyata keçiriləcək.
"Şirkət ənənəvi olaraq tələb olunan beynəlxalq pul köçürmə xidmətinin inkişafına diqqət yetirir və Western Union xaricə köçürmələr həyata keçirməyə imkan verən çoxkanallı platformanı inkişaf etdirməyə davam edir", - şirkət nümayəndəsi bildirib.
Qeyd olunur ki, Rusiya Federasiyası daxilində köçürmə artıq martın 31-də həyata keçirilə bilməz, aprelin 1-dən etibarən ödəniş və ya pulun geri qaytarılması mümkün olmayacaq. Müştərilər köçürməni martın 31-dən əvvəl həyata keçiriblərsə və alıcı onu almazsa, pul aprelin 1-dən etibarən Rusiya Poçt şöbələrində qaytarıla bilər. Bundan əlavə, martın 24-dən daxili köçürmələrin limiti 5 min rubla qədər azalacaq. (Marja)