Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
FED.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.