Valyuta bazarında sabitlikdir.
AMB ötən il valyuta bazarından 2,1 milyard dollar alıb
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, valyuta bazarında hansısa kəskin artım bitib, bu proseslər Novruz bayramından öncə yekunlaşıb. Ümumilikdə də bu proseslər keçən illə müqayisədə normaya keçib.
Keçən illə müqayisədə büdcə xərclərimiz 28% artıb. Əsaslı xərclər 45% artıb.
"Həm büdcə xərclərinin, avans ödənişlərinin, həm də investisiyaların artması xarici valyutaya tələb yaradıb. Bu sadaladığım amillərdən başqa valyutaya tələbin artmasına subyektiv yanaşmada təsir göstərib.
Hüquqi şəxslərin avans ödənişləri də artıb. Həmçinin də iqtisadiyyatda investisiya artımını müşahidə etdik. Daxili mənbələr hesabına investisiyalar 12% artıb.
"Subyektiv məsələlərə görə yanvarın ortasından fevralın ortasına qədər valyuta bazarında artım müşahidə etdik. Amma hal-hazırda valyuta bazarında situasiya sabitdir." - deyə AMB sədri qeyd etdi.