Polşanın baş naziri Mateuş Moravetski bəyan edib ki, Avropa İttifaqı Ukraynanın müharibədən sonra yenidən qurulması üçün 100 milyard avroluq planı hazırlamalıdır.
Eləcə də bax: AYİB Rusiya və Belarusu maliyyədən - MƏHRUM EDƏCƏK
FED.az xəbər verir ki, "Bir bərpa planına ehtiyacımız var. Məsələn, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 100 milyard avroluq plan hazırlana bilər ki, yaxın illərdə dağıdılmış infrastruktur, dağıdılmış məktəblər, xəstəxanalar, bombalanmış evlər yenidən tikilsin" - Polşanın baş naziri deyib.
Avropa Parlamenti Ukraynaya Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusunun verilməsi haqqında qətnaməni dəstəkləyib.
O cümlədən, 637 deputat lehinə, 13 deputat əleyhinə, 26 deputat isə bitərəf qalıb.
Qətnamə Avropa İttifaqının qərar qəbuledici orqanlarına və cəmiyyətin bütün üzv dövlətlərinə göndəriləcəkdir.
Sənəddə Rusiyanın Ukraynaya hücumu də pislənir. (Marja)