"Qlobal kapital bazarlarında hər hansı bir dönüş nöqtəsi yarandıqda, onun təsirləri də özünü göstərməyə başlayır. Buna görə də bazara, xüsusilə mikromaliyyə sektoruna süni intellektdən (AI) istifadə etməyi tövsiyə edirəm".
"BOKT-ların istehlak kreditləri üzrə - Tələblər sərtləşdirilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Fintex Assosiasiyası ("AzFina") İctimai Birliyinin sədr müavini Eynar Abdullayev Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
O, qeyd edib ki, mikromaliyyə sektoru banklarla rəqabət aparır, amma resurslar, maliyyə imkanları və miqyas banklarla eyni deyil:
"Bunu belə müqayisə etmək olar: bir tərəf Ferrari ilə hərəkət edir, digər tərəf isə motosikletlə. Süni intellekt burada bizə necə dəstək ola bilər? Daha aşağı xərclərlə, daha yüksək keyfiyyət və daha böyük həcmdə iş görməyimizə necə imkan yarada bilər?
Qısaca ümumiləşdirsək, düşünürəm ki, əsas maneələr resurslar, maliyyə imkanları və xərclərlə bağlıdır. Bununla yanaşı, süni intellektin dəstəyi ilə bu çətinlikləri aradan qaldırmaq, irəliləmək və uzunmüddətli dəyər yaratmaq imkanlarımız da var".













