Avqustun 24-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 4-cü hərrac keçiriləcək.
Dövlət istiqrazları üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif olunacaq.
Əmlak üçün 1,75 milyon manat satış qiyməti müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 17 500 manat beh kimi ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.(report)