ABŞ-ın "S&P Global Inc. " korporasiyası ABŞ-Böyük Britaniyanın məlumat təminatçısı olan "IHS Markit" şirkətini satın almağa yaxındır.
Eləcə də bax: «S&P Global Ratings» Azərbaycanın bank sistemi barədə - Problemli Kreditlər Artacaq
FED.az xəbər verir ki, sövdələşmənin dəyəri 44 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Səhmlərlə tam olaraq ödənilməsi planlaşdırılan və bu il ən böyük olacaq müqavilə artıq bazar ertəsi günü elan edilə bilər. Tamamlandığı halda, razılaşma "Wall Street"dəki iki ən böyük məlumat təminatçını birləşdirəcək.
Qeyd edək ki, "IHS Markit"in bazar dəyəri təxminən 37 mlrd. dollar, "S&P Global"ın isə təqribən 82 mlrd. dollar təşkil edir. (Apa)