Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxil olan vəsaitlərin 1,748 milyard manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi olub.
Azərbaycan şirkətinə 321 milyon dollarlıq tikinti sifarişi! - "Şahdəniz" üzrə yeni müqavilə imzalandı
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 milyon manat və ya 1,1% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 943,1 milyon manat və ya 7,1% çoxdur.
Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i və ya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatı vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.












