ABŞ-ın maliyyə naziri Janet Yellen hesab edir ki, Rusiya və Çin üçün dollara alternativ yaratmaq son dərəcə çətin olacaq.
Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
FED.az xəbər verir ki, "Mən, əlbəttə ki, istəyirəm ki, dollar dünyanın ehtiyat (rezerv) valyutası olaraq qalsın. Rusiya və Çin, dollardan istifadənin azalmasına səbəb olacaq başqa bir sistem yaratmağa çalışırlar. Amma buna nail olmaq olduqca çətin bir şeydir. Və mən əminəm ki, ABŞ dolları, alternativ sistemlər yaratmaq cəhdlərinə baxmayaraq, uzun müddət dünyanın ehtiyat valyutası olaraq qalacaq”, - Janet Yellen bildirib.
O, əlavə edib ki, ABŞ "dolların dünyanın ehtiyat valyutası olmasından əhəmiyyətli dərəcədə faydalanır. Bu, federal hökumətin öz borcuna görə ödədiyi kreditlərin dəyərini aşağı salmağın vacib yoludur". (Marja)