Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Qoşqar Kredit İttifaqı" tam ortaqlığının lisenziyası ləğv olunub.
Eləcə də bax: 7 sığorta agentinin lisenziyaları - LƏĞV EDİLİB - SİYAHI, ADLAR
FED.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 42-dən 41-ə düşüb.
Xatırladaq ki, "Qoşqar Kredit İttifaqı" 2005-ci ildə, Gəncə şəhərində yaradılıb. Onun nizamnamə kapitalı 4 000 manatdır. (Report)