"Son illərdə qızıl ehtiyatlarının artırılması qlobal miqyasda müşahidə olunan tendensiyadır. Bu yanaşma xüsusilə xarici şokların intensivləşməsi, maliyyə bazarlarında volatilliyin artması, geosiyasi risklər və valyuta bazarlarında qeyri-sabitliklə bağlıdır. Bu şəraitdə qızıl emitent asılılığı olmayan, faiz və tərəf-müqabili risklərindən nisbətən azad olan və maliyyə sistemində gərginliklər zamanı dəyərin qorunmasına imkan verən strateji aktiv kimi çıxış edir. Bu çərçivədə, 2025-ci ilin üçüncü rübünün sonuna qızıl aktivlərinin həcmi 185 ton olmaqla 23 milyard ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ildən etibarən Fond üçün 11 milyard ABŞ dolları məbləğində büdcədənkənar gəlir formalaşdırıb".
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun Fondun 2025-ci il üzrə fəaliyyəti ilə bağlı müsahibəsində bildirib.
Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru əlavə edib ki. qızılın qiyməti ilə bağlı gözləntilərə gəldikdə isə burada əsas təsiredici amillər real faiz dərəcələrinin dinamikası, ABŞ dollarının dəyəri, aparılan monetar siyasətlər, habelə hazırkı dövrdə qızıl qiymətinə ən güclü təsir göstərən amil kimi geosiyasi gərginliklərin gələcəkdə mümkün inkişaf istiqamətləri olacaqdır. (APA)










