Özəl sektor "yaşıl" iqtisadiyyatın transformasiyasına cəlb olunmalıdır.
Taleh Kazımov: "Azərbaycanda "yaşıl artım"a keçid maliyyə sektorunun inkişaf strategiyasının əsas məqsədidir"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.
"Özəl sektor da bütün digər sektorlar kimi "yaşıl" iqtisadiyyatın transformasiyasına cəlb olunmalıdır. Transformasiya düzgün tənzimləmə tələb edir, xüsusən də potensial risk və münaqişələri müəyyən etmək lazımdır", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda qlobal iqtisadiyyat da Azərbaycan iqtisadiyyatı kimi iqlim dəyişmələri ilə əlaqədar problemlərlə üzləşib və bunların nəticələri aradan qaldırılmalıdır.
"Belə bir tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. COP29 dünyanın nəhəng dövlətləri üçün yüksək səviyyəli müzakirə platformasıdır", - deyə o əlavə edib.
O, həmçinin, Mərkəzi Bankın "yaşıl" maliyyələşdirməni stimullaşdırmaq və bankın enerji baxımından səmərəli təşəbbüslərin tənzimlənməsində iştirakının gücləndirilməsi üçün tədbirlər gördüyünü qeyd edib.(Trend)