Azərbaycan Mərkəzi Bankının (AMB) özəl pensiya fondunun yaradılması məsələsində hökumətlə baxışı eynidir.
Mərkəzi Bank özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları - AÇIQLADI
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Özəl pensiya fonduna görə həyat sığortası şirkətlərində əlavə kapital tələbinin yarana biləcəyi ilə bağlı nə isə demək hələ ki, tezdir çünkü hələ o istiqamətdə işlər görülməlidir. Biz düşünürük ki, bu istiqamətdə daha fəal çalışmaq lazımdır. Dövlət qurumları ilə müzakirələr aparılır", - deyə o qeyd edib.
"Bununla bağlı biz Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə çalışırıq. Ölkəmiz üçün ən optimal variantın müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Beynəlxalq təcrübələrdə yanaşmalar fərqlidir" - deyə AMB sədrinin I müavini Əliyar Məmmədyarov əlavə edib.