Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Muğan Bank" ASC-də 217 milyon manata yaxın sığortalanmış (kompensasiya olunan) əmanət var.
TƏCİLİ : “Muğan Bank”ın lisenziyası - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
"Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyalar qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə əmanətlər 216,7 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək", - deyə qurum bəyan edib.