Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə "Muğan Bank" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "Muğan Bank" ASC-nin ləğvedicisi təyin edilmişdir.
“Muğan Bank”da kompensasiyaların ödənilməsinə - BAŞLANILACAQ - TARİX
FED.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu bildirir.
Bununla əlaqədar olaraq, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş "Muğan Bank" ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, kredit ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) "Muğan Bank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO "Muğan Bank" ASC-nin baş ofisində, "e-Manat” və “mpay" ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO "Muğan Bank" ASC, VÖEN |
1400122681 |
Mərkəzi Bank, VÖEN |
9900071001 |
SWIFT.BIK (AZN) |
NABZAZ2C |
SWIFT.BIK (xarici valyuta) |
NABZAZ2X |
Kod |
501004 |
Müxbir hesab AZN |
AZ74NABZ01451700000000001944 |
Hesablaşma hesabı AZN |
AZ92NABZ01350100000000065944 |
Müxbir hesab EUR |
AZ58NABZ01452800000000007954 |
Hesablaşma hesabı EUR |
AZ40NABZ01350200000000065954 |
Müxbir hesab USD |
AZ51NABZ01452800000000015840 |
Hesablaşma hesabı USD |
AZ77NABZ01350200000000066840 |
Qeyd edək ki, LPO "Muğan Bank" ASC-yə borc öhdəliyi olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
Ləğv prosesində olan “Muğan Bank” ASC–nin Baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052
Əlaqə: (+994) 941.