Qlobal investisiya bankı "Morgan Stanley"in iqtisadçıları Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz dərəcələrini avqust ayında 1,50 faiz bəndi, sentyabrda isə 1 faiz bəndi artıraraq uçot dərəcəsini 20 faizə yüksəltmə ehtimalının olduğunu bildiriblər.
AMB sədri: "Azərbaycanda bağlanma riski olan bank yoxdur"
FED.az xəbər verir ki, onlar faiz dərəcələrinin daha yüksək səviyyələrə qalxmalı olduğunu düşünürlər. Eyni zamanda həm depozit, həm də kredit faizləri daha yüksək səviyyələrə qalxmalıdır.
TCMB sədri Hafize Gaye Erkan cümə axşamı ilk inflyasiya hesabatını təqdim edib. Erkan təqdimatında bankın il sonu inflyasiya proqnozlarına yuxarıya doğru yenidən baxıldığını açıqlayıb. Erkan, əvvəlki inflyasiya hesabatında 22,3% olaraq proqnozlaşdırılan 2023-cü il üçün illik inflyasiya proqnozunun 58%-ə yüksəldildiyini, sərt pul siyasəti tədbirlərinin əsas inflyasiya meylinə təsirinin 2024-cü ilin ikinci rübündə görünməyə başlayacağını bildirib. (Marja)