"Moody's Investors Service" bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti üzrə proqnozunu dəyişməyərək 19,7% səviyyəsində saxlayıb.
Eləcə də bax: "Moody's" Azərbaycanın reytinqlərinin dövri nəzərdən keçirilməsini - Başa Çatdırıb
FED.az xəbər verir ki, "Moody's"ə görə, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,091 mlrd. ABŞ dolları təşkil edib, bu da ÜDM-in 18,9%-nə bərabər idi.
Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 19,6%, Beynəlxalq Valyuta Fondu – 20,1%, "Fitch Ratings" agentliyinə isə 18,3% təşkil edəcəyini proqnozlaşdırır. (Apa)