Azərbaycanda elektron ödəniş sistemləri bazarının əsas iştirakçısı "Komtec Ltd" (MilliÖn ticarət nişanı) sahibini dəyişib. Şirkət "PAŞA Holdinq"in tərkibinə keçib.
Eləcə də bax: “MilliÖn”də - Yeni Təyinat
FED.az xəbər verir ki, şirkət artıq MilliÖn deyil, PAŞAPay olaraq fəaliyyətini davam etdirəcək.
"Komtec Ltd"dən isə belə cavab verilib: "Məsələ ilə bağlı bir neçə gündən sonra ictimaiyyətə açıqlama veriləcək". Bununla belə, MilliÖn brendinin digər adlarla əvəzlənməyəcəyi qeyd edilib. (Apa)