İyunun 10-11-də "Baku Marriott Hotel Boulevard”da “Öz Yolumuz” şüarı ilə VIII dəfə keçiriləcək "Milli Marketinq Forumu 2022"nin spikerləri bəlli olub.
"FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcək forum 7 paneldən ibarət olacaq və 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq.
Təddbir ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
İki gün davam edəcək tədbirin ilk günü "Veysəloğlu" şirkətlər qrupunun təsisçisi Aydın Talıbovun açılış nitqi ilə başlayaraq müxtəlif mövzulu panellər üzrə davam edəcək. “Milli keyslər” mövzusuna həsr ediləcək I panel - "Sağlam Ailə" klinikasının icraçı direktoru Nigar Rüstəmlinin moderatorluğu və spiker “Ballı Bisi” şirniyyat evinin təsisçisi Esmira Avilovanın çıxışı ilə baş tutacaq.
“Future Bright” şirkətinin Azərbaycan üzrə ölkə direktoru Könül Əliyevanın moderatorluğu ilə II panel “Data və İstehlakçı davranışı” mövzusunda olacaq. Bilgi universitetinin istehlakçı davranışı üzrə təlimçisi Akan Abdulla və “Usespots” şirkətinin təsisçisi Mustafa Dalcı spiker qismində çıxış edəcəklər.
“Saffron Restaurant Group”un Marketinq departamentinin rəhbəri Aysel Cəbrayılovanın moderator olacağı “Media” paneli - ADRA Strafteji İnkişaf və Kommunikasiya şöbəsinin müdiri Elçin Nəsrullayev, ATV İcraçı direktoru İsmayıl Həsənov və “Starcom” şirkətinin direktoru Ziya Yusifovun çıxışı ilə baş tutacaq.
Forumun ikinci günü I panel “Ziddiyyətlərin debatı” mövzusunda DJ Fatehin moderatorluğu ilə baş tutacaq. “Söhbətgah” layihəsinin həmtəsisçiləri Tural Yusifov və Əli Xəyyam, rejissor İlham Qasımov bu mövzuda fikirlərini bölüşəcəklər.
“Synergy Partnership” şirkətinin baş direktoru Rüfət Abbasovun moderatorluğu və “Azercell” Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Sona Abbasova və “PAŞA Holdinq”in Korporativ Kommunikasiya şöbəsinin rəhbəri Aytac Muxtarzadənin çıxışı ilə II panel “Strateji kommunikasiya” mövzusuna həsr olunacaq.
“Riteyl, Satış və Ticari Marketinq” paneli “Blue Planet Distribution” şirkətinin marketinq meneceri Nuranə İskəndərovanın moderatorluğu ilə baş tutacaq. “Veysəloğlu” MMC və CRM direktoru Fuad Məmmədov və “Army Group” İdarə Heyəti üzvü Kamal Mirzəyev spiker qismində çıxış edəcək.
“ELSEO” MMC-nin təsisçisi Elşən Cəfərovun moderator olacağı sonuncu panel “Rəqəmsal Marketinq” mövzusuna həsr olunacaq. “FCB ArtGroup” şirkətinin rəqəmsal kreativ direktoru Göktug Sarı və Kapital Bankın marketinq ekspert mərkəzinin lideri Günel Mavliyarova spiker olaraq fikirlərini bölüşəcəklər.