Strateji valyuta ehtiyatı 17% artaraq 68,5 milyard dollara çatıb. Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında isə 29,1% artım qeydə alınıb.
FED.az xəbər verir ki, bu barədə 31 yanvar tarixində keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov məlumat verib
O çıxışında əlavə edib ki, tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2023-cü il üzrə 9-10 milyard manat olacaq. Bu göstərici 2024-2025-ci illər üzrə 7,5 milyard manat proqnozlaşdırılıb.