Növbəti ilin dövlət büdcəsində bir şirkət - Dövlət Neft Şirkəti üzrə 4,8 milyon manat məbləğində dividendin gəlməsi nəzərdə tutulur.
"Büdcə proqnozlaşdırılmasında neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, güzəştlər və vergi azadolmaları ilə bağlı hökumət daxilində müzakirələr aparılmaqdadır.
Nazir qeyd edib ki, regionların vergi gəlirlərinin payı proqnozdan artıqdır: “Bunların 50 %-i sonrakı il regionlara ayrılır. Bu, regionlarda müəyyən canlanmaya səbəb olur. İcra hakimiyyətləri artıq maraqlıdır ki, iş adamları üçün şərait yaratsınlar. Maddi-texniki təminatın gücləndirilməsinə görə vergidən daxil olan vəsaitlər icra hakimiyyətlərinə verilir”. (Apa)