ABŞ-ın "Goldman Sachs" investisiya bankının baş icraçı direktoru (CEO) Devid Salomon inflyasiyanın bir qədər sürətlənəcəyini, lakin ötən əsrin 70-ci illərinin qiymət artımının baş verməyəcəyini güman edir.
Eləcə də bax: Avrozonada inflyasiyanın sürətlənmə ehtimalı azdır - BVF
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bank rəhbəri ehtiyatlı olmağın və riskləri düzgün idarə edilməsinin tərəfdarıdır. O həmçinin, COVID-19-un "omikron" ştammı səbəbindən qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin olmasını etiraf edib və FED-in və digər mərkəzi bankların aktiv alışlarının azaltma templərinin sual doğurduğunu vurğulayıb.
"Biz hələ də pandemiyadan tam çıxmamışıq. Bundan qaynaqlanan qeyri-müəyyənlik var və bu qeyri-müəyyənlik iqtisadi fəaliyyətə təsir edəcək", - D. Salomon deyib.