"Fitch Ratings" beynəlxalq agentliyi Yerevanın reytinqlərin qiymətləndirmə prosesində iştirakından imtina etməsi səbəbindən şəhərin "B+" səviyyəsində olan xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) geri çağırıb.
Eləcə də bax: "Fitch": Ermənistan istiqrazları daxili problemlərlə daha da dəyərsizləşib
FED.az xəbər verir ki, bundan sonra agentlik reytinqlərin qiymətləndirməsi üçün kifayət qədər məlumata sahib olmayacaq.
"Reytinqlər qənaətbəxş olmayan və səhv məlumatların verilməsi səbəbindən geri çağrılıb", - deyə "Fitch"in açıqlamasında deyilir. (Apa)