Qızılın qiymətinin yüksəlməsi 2023-cü ildən 2026-cı ilin birinci rübünün sonunadək Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin təxminən 14,4 milyard ABŞ dolları artmasına töhfə verib.
Neft Fondunun qızıl ehtiyatları 178 ton olub
FED.az xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib.
“Fitch” qeyd edib ki, 2023-cü ildən 2026-cı ilin birinci rübünün sonunadək qızıl ehtiyatları ARDNF-nin aktivlərinin ümumilikdə 19,4 milyard dollar artmasına birbaşa töhfə verib. Bu artımın 26%-i qızıl ehtiyatlarının həcminin artması ilə bağlı olub. Beləliklə, qalan 74%-lik hissə və ya təxminən 14,4 milyard dollar qiymət artımının təsirinin payına düşüb. Həcm amilinin ARDNF-nin aktivlərinə töhfəsi isə təxminən 5 milyard dollar təşkil edib.
Agentliyin məlumatına görə, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-nin investisiya portfelinin həcmi 73,5 milyard dollar olub. Bu, “Fitch”in Azərbaycan üzrə 2026-cı il üçün proqnozlaşdırdığı ÜDM-in 93,2%-nə bərabərdir. Qızıl Fondun investisiya portfelinin ən böyük komponentidir və portfelin 36%-ni təşkil edib.
“Fitch” həmçinin qeyd edir ki, yüksək qızıl qiymətləri ARDNF-nin aktivlərinin həcminə müsbət təsir göstərir. Bununla belə, Fond portfelini yenidən balanslaşdırmaq məqsədilə 2026-cı ilin yanvar-aprel aylarında qızıl ehtiyatlarının bir hissəsini satıb. (Apa)












