Bu il Azərbaycanda uçot dərəcəsinin əlavə azalması imkanları böyük ehtimalla son dərəcə məhdud olacaq.
Uçot dərəcəsi aşağı salındı - Kreditlər də ucuzlaşdı - MƏRKƏZİ BANK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu qənaətə "Fitch" beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan (Arvind Ramakrishnan) gəlib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti fevralın 4-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə azaldılıb. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar aprelin 2-də açıqlanacaq.
A.Ramakrişnanın bildirib ki, "Fitch"də Azərbaycanın pul-kredit siyasətinin strukturunu inkişaf mərhələsində olan və uçot dərəcəsinin transmissiyası baxımından hələlik tam effektiv olmayan bir struktur kimi qiymətləndirirlər: "Bu, xüsusilə struktur baxımından əhəmiyyətli izafi likvidlik və yüksək (tədricən azalsa da) dollarlaşma səviyyəsi ilə bağlıdır - 2025-ci ilin sonuna olan vəziyyətə görə depozitlərin dollarlaşması 36,8 % təşkil edib. "Fitch" gözləyir ki, AMB-nin institusional potensialın artırılması, o cümlədən birgünlük AZIR dərəcəsinin hesablanması metodologiyasına düzəlişlər edilməsi istiqamətində atdığı addımlar sayəsində transmissiya mexanizminin effektivliyi tədricən artacaq". (Report)











