"Azərbaycanın bank sektorunun vəziyyəti yaxşılaşsa da, hələ də kifayət qədər zəifdir".
"Fitch Ratings"dən manatın məzənnəsilə bağlı - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentlik qeyd edib ki, bunu Fitch qiymətləndirmə indikatoru üzrə «b» reytinqi də sübut edir.
Bununla belə, "Fitch" hesab edir ki, kredit qoyuluşunun güclü artım Azərbaycanın bank sektoru üzrə vaxtı ötmüş kreditlərin 2022-ci ilinin sonundakı 3,8%-dən 2023-cü ilin iyul ayında 3,5%-ə azalmasına təsir edib.
"Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 17,3% təşkil edir, iyulda əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2020-ci ilin birinci yarısındakı 60,4%-dən 42%-dək azalıb. Sektor mənfəətli qalır, xarici valyutada kreditlərin payı 2022-ci ilin birinci yarısının sonuna 35%-dən 19%-dək azalıb"- "Fitch" əlavə edib. (Apa)