Bu ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 74 milyard ABŞ dollarına yaxınlaşacaq.
FED.az xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin ölkəmizdə bağlı açıqlamasında bildirilir.
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 9% artırıb
Məlumatda deyilir ki, ölkənin valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 98 %-ni təşkil edəcək. Ehtiyatların 80 %-i Dövlət Neft Fonduna (ARDNF), 20 %-i isə Azərbaycan Mərkəzi Bankına məxsus olacaq. (Report)