Azərbaycanda 2023-cü il üzrə cari əməliyyatlar balansının profisiti (CƏB) ümumdaxili məhsulun (ÜDM) 26,7%-i həcmində müəyyən edilib.
AMB: "Gələn il cari əməliyyatlar balansında 7-8 milyard dollar profisit gözlənilir"
FED.az xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions" (FS) şirkətinin hesabatında bildirilib. FS 2024-cü il üzrə CƏB-in ÜDM-də payını 23,8%, 2025-cü il üzrə isə 20,9% proqnozlaşdırılıb.
Qeyd edək ki, Azərbaycan Mərkəri Bankının sədri Taleh Kazımov ötən həftə keçirdiyi mətbuat konfransından 2023-cü il üzrə CƏB-in profisitinin 9-10 milyard ABŞ dolları civarında olduğunu açıqlayıb. (Apa)