"Fitch Solutions" beynəlxalq analitik şirkət Azərbaycanda orta illik inflyasiyanı 2025-ci ildəki 5,6 %-lə müqayisədə 2026-cı ildə 5 % (əvvəlki proqnoz göstəricisi 5,5 %-dir) səviyyəsində proqnozlaşdırır.
Azərbaycanda keçən ay inflyasiya 5,7 % təşkil edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilir.
Bununla yanaşı, şirkətin analitikləri hesab edirlər ki, geosiyasi gərginlik və xüsusilə Rusiyadan ərzaq ixracına təsir edən sanksiyalarla bağlı təchizat zəncirlərinin pozulması səbəbindən risklər yüksəlmə ehtimalı daşıyır.
"Azərbaycan taxıl, süd və ət məhsullarının 20 %-dən 30 %-ə qədərini Rusiyadan idxal etməyə davam edir ki, bu da ölkəni artan nəqliyyat və əməliyyat xərclərinə qarşı həssas edir", - hesabatda bildirilib. (Report)











