"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin üzən valyuta məzənnəsi rejiminə keçməyə hazır olduğuna dair heç bir əlamət qeydə almır.
S&P: Azərbaycan manatın məzənnəsini sabit saxlamaqda davam edəcək
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə "Fitch Ratings" agentliyinin EMEA regionu üzrə suveren reytinqlər üzrə direktoru Arvind Ramakrişnan bildirib.
"Milli valyutanın ABŞ dollarına bağlılığının qorunub saxlanmasına dayanıqlı rəsmi sadiqlik müşahidə olunur və biz bu kursun dəyişməz qalacağını gözləyirik", - A.Ramakrişnan qeyd edib.
O dəqiqləşdirib ki, "Fitch" agentliyinin Azərbaycan üçün 2026-2027-ci illərdə real ÜDM-in artım proqnozunu 2,4 % səviyyəsində dəyişməz saxlayıb ki, bu da ölkənin ortamüddətli iqtisadi artım potensialına uyğundur.
"Fitch"in proqnozlarına görə, orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,6 %-ə çatacaq, 2027-ci ildə isə 4 %-ə enəcək.
"Ehtimal edirik ki, 2026-2027-ci illərdə büdcə siyasəti mötədil stimullaşdırıcı xarakter daşıyacaq, bu da Azərbaycanın azad edilmiş ərazilərindəki xərclər və digər kapital qoyuluşları ilə bağlıdır. Bununla yanaşı, Ermənistanla münasibətlərin normallaşmasından irəli gələn "sülh dividendləri" sayəsində müdafiə büdcəsinin qismən tam istifadə olunmaması istisna edilmir. Planlaşdırılmış investisiyaların strukturunun daxili inflyasiya təzyiqinin əhəmiyyətli artımına səbəb olmayacağı ehtimal olunur", - EMEA regionu üzrə direktor əlavə edib. (Report)











