Azərbaycan Mərkəzi Bankı ardıcıl 8-ci iclasdır faizlərini sabit (dəyişməz) saxlayır. Bu gün də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu dəfə də faizlərdə dəyişiklik edilməməsinin səbəbini açıqlayıb:
"Açıq etiraf edim ki, bu dəfə də bizim pauza götürməyimizin səbəbi qlobal qeyri-müəyyənliklərdir. Aprel-mart aylarında beynəlxalq aləmdə baş verən qeyri müəyyənliklər olmasaydı, biz yəqin ki, yumşalma istiqamətində qərar qəbul edəcəkdik, faizlər aşağı düşsün. Yenə də biz gözləmə mövqeyində qalmaq barədə qərar qəbul etdik."